Bu
gündən etibarən sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq
niyyətində olan fermerlər, istehsalçılar və satıcılar tedaruk.az saytına daxil
olaraq dövlət satınalan təşkilatların 2026-cı il üzrə tələbatlarına uyğun
olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.
Elektron
portal vasitəsilə ərzaq məhsullarını satmaqda maraqlı olan istehsalçılar,
fermerlər və satıcılar sistemə “ASAN LOGIN” üzərindən ASAN İmza vasitəsilə
daxil ola bilərlər. Qeyd edək ki, ASAN İmza yalnız VÖEN hesabına bağlı olduğu
halda keçərlidir.
Bundan
əlavə istehsalçılar, fermerlər və satıcılar növbəti il üçün “Aqrar Tədarük və Təchizat”
ASC tərəfindən portala daxil edilən elana uyğun olaraq bir və ya bir neçə adda
məhsula dair təkliflərini cari ilin 1 avqust – 1 sentyabr tarixləri arasında
sistemə yükləyə bilərlər. Qeyd edilən tarixədək təkliflərini elektron portala
daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka
buraxılmayacaqlar. Təkliflərin yerləşdirilməsi tamamilə ödənişsizdir.
Qeyd
edək ki, tedaruk.az elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq
məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları
satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron
portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın
alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin
edir.