Ərzaq və kənd təsərrüfatı məhsullarını
satmaq niyyətində olan istehsalçı və satıcılar tedaruk.az saytına daxil olaraq 1
avqust – 1 sentyabr tarixləri aralığında 2023-cü il üzrə dövlət satınalan təşkilatların tələbatlarına
uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.
İstehsalçı və satıcılar tedaruk.az
saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin
məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər.
“Ərzaq məhsullarının
dövlət sifarişi ilə satın alınması” elektron portalı olan tedaruk.az dövlət büdcəsinin vəsaitləri
hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin
məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.
Elektron portal ərzaq məhsullarının
dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir,
tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar
arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.