“Aqrar Tədarük
və Təchizat” ASC tərəfindən PAŞA Holdinqin maliyyə dəstəyi ilə həyata keçirilən
“Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihəsi çərçivəsində işğaldan
azad olunmuş ərazilərdə fəaliyyət göstərən qadın fermerlərə payızlıq əkin üçün
toxum dəstəyi göstərilib.
Oktyabrın
26-dan 28-dək Laçın, Ağdərə, Xocalı və Xocavənd rayonlarında keçirilən paylanma
zamanı 17 kooperativə və 78 ailə kəndli təsərrüfatına ümumilikdə 75 tondan çox
buğda və arpa toxumu təqdim olunub. Bundan əlavə, Ağdərədə bir təsərrüfata 2
058 ədəd alma tingi verilib.
Rayonlar üzrə dəstək
aşağıdakı kimidir:
Fermerlərə
“Krasnodar Tanya” və “Mətin” sortlu buğda, “Krasnodar İosif” və “Cəlilabad 19”
sortlu arpa toxumları verilib. Toxumun miqdarı hər təsərrüfatın əkin sahəsinə
uyğun hesablanıb və təsərrüfatların toxum ehtiyacının təxminən 40 faizini
qarşılayır.
Paylanma zamanı
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təlimçiləri fermerlər üçün
təlimlər keçiriblər. Təlimlərdə payızlıq əkinin təşkili, torpağın hazırlanması,
toxum seçimi və əkinçilik qaydaları barədə məlumat verilib.
Dəstəyin məqsədi
Qarabağa qayıdan ailələrin torpaqları yenidən əkinə cəlb etməsinə, qadınların
öz təsərrüfatlarını qurmasına və gəlir əldə etməsinə şərait yaratmaqdır.
Qeyd edək ki,
AFAQ layihəsi kənd yerlərində qadınların aqrar sahədə iqtisadi fəallığının
artırılmasına yönəlib. Layihə çərçivəsində qadın fermerlərə avadanlıq, yem və
toxum dəstəyi göstərilir, təlimlər keçirilir, qadın kooperativlərinin
yaradılması dəstəklənir.