İnsan resursları siyasəti
Qeyri-neft sektorunun inkişafı naminə kənd təsərrüfatının təşviqi və dəstəklənməsini özünə missiya seçən “Aqrar Tədarük və Təchizat” ASC komandası olaraq çıxdığımız bu yolda əldə etdiyimiz və əldə edəcəyimiz uğurlarda əsas pay sahibi insan resursudur.
İnsan resursları siyasətimizin başlıca istiqamətləri
Qarşıya qoyulmuş hədəflərə doğru birlik və davamlılığı qoruyaraq səylə çalışmaq və doğru yerə, doğru insanı cəlb etmək;
inkişafın davamlılığı və uğurlarımızın uzunömürlülüyünün memarı olan əməkdaşlarımız fəaliyyətimizdə rəqabətə davamlı, innovativ
yerli və beynəlxalq təcrübələri daim öz işlərində tətbiq edə bilsin deyə onların səriştəliliyinin artırılması istər daxili, istərsə də xarici
təlimlərlə təmin etmək.
Daxili və xarici təlimlər vasitəsi ilə əldə edilən bilik və bacarıqlarla əməkdaşlarımız işlərinə innovativ həllər gətirməklə yanaşı, işlərinin peşəkarına çevrilir, öz addımlarında əmin addımlarla irəliləyirlər.
ATT komandası olaraq işçilərimizə və bizim komandamızın üzvü olmaq istəyən insanlara nə təklif edirik?
Karyera inkişafına gedən yolun hər bir mərhələsində dəstək;
Təkmilləşmə imkanlarına malik olan mükəmməl iş mühiti.