Cəmiyyət öz strategiyasını və fəaliyyətlərini aşağıdakı 10 əsas prinsip əsasında həyata keçirməyi qarşıya məqsəd qoyur:
- Etibarlılıq - Etibarımızı hər şeydən üstün tuturuq.
- Səmərəlilik - Bütün tədarük və təchizat proseslərini optimallaşdıraraq səmərəliliyi artırmağı hədəfləyirik.
- Dayanıqlı inkişaf - Biz davamlı və uzunmüddətli müvəffəqiyyətə əhəmiyyət veririk.
- Düzgünlük - Tərəfdaşlara qarşı ayrı-seçkiliyə yol vermirik. Fəaliyyətimizdə düzgünlük təməl şərtlərdəndir.
- Şəffaflıq - Şəffaflıq etibar yaradır və şirkət üçün məsuliyyət götürməyə hazır olanların iştirakını təşviq edir.
- Keyfiyyət - Müştərilərə keyfiyyətli xidməti bizə veriləcək dəyərin təminatı kimi görürük.
- Məsuliyyət - Məsuliyyətimizin fərqindəyik.
- Operativlik - Şəraitin tələb etdiyi elastikliyə və çevikliyə sahibik.
- İnnovativlik - Biz iş modellərini daim inkişaf etdirir və bizi fərqləndirəcək mütərəqqi üsulları öyrənirik.
- Ətraf mühitə hörmət - Ətraf mühitlə hörmətlə davranırıq.