Xəbərlər

“AFAQ” layihəsi çərçivəsində dəstək göstərilən Füzuli rayonunda fəaliyyət göstərən ŞAMAMA Qadın Qrupunun “Cücə-İnkubator Sexi” layihəsinin açılış mərasimi keçirilib.

21 / 10 / 2026

Tədbirdə “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi iştirak edib. Çıxışlarda layihənin kənd qadınlarının təsərrüfatlarının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə və əlavə gəlir əldə etmələrinə verdiyi töhfələr vurğulanıb. Həmçinin müxtəlif rayonlardan gələn qadın qrupları öz məhsullarını, milli folklor nümunələrini və yeməklərini təqdim ediblər.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “AFAQ” layihəsi çərçivəsində ŞAMAMA Qadın Qrupuna cücə-inkubator avadanlığı ilə dəstək göstərilib.