Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində
Kənd Təsərrüfatı Nazirliyi ilə şirkətlər qrupu arasında işgüzar görüş
keçirilib.
Logistika mərkəzində baş tutan işgüzar görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev,
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə,
“Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “OBA”
marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər məsul şəxslər
iştirak ediblər.
Görüşün əsas məqsədi yerli kənd təsərrüfatı məhsullarının pərakəndə
satış şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi, tədarük prosesinin
daha səmərəli təşkili, fermerlərlə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı
maraq doğuran istiqamətlərin müzakirəsi olub.
Daha sonra tərəflər yerli məhsulların pərakəndə ticarət şəbəkələrində
payının artırılması, fermerlərin satış imkanlarının genişləndirilməsi, məhsulların
keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, tədarük
prosesində dayanıqlılığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi
ilə bağlı fikir mübadiləsi aparıblar.
Müzakirələrin yekununda Veysəloğlu Şirkətlər Qrupu ilə Kənd
Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi,
müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və tərəflər arasında əməkdaşlıq
memorandumu hazırlanmasına dair razılıq əldə edilib.
Bu çərçivədə hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın
daha da genişləndirilməsi və kənd təsərrüfatı sahəsində birgətəşəbbüslərin həyata
keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda nazirliyin nümayəndə heyətinə logistika mərkəzinin
infrastrukturu, məhsulların qəbulu və saxlanması prosesi, temperatur rejiminə nəzarət
sistemi, logistika əməliyyatları və qida təhlükəsizliyi standartları barədə məlumat
verilib.