Xəbərlər

Naxçıvanda qadın aqrosahibkarlara böyük dəstək!

16 / 07 / 2026

"Aqrosahibkar Qadınlarla İş" layihəsi çərçivəsində yaradılan "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin rəsmi təqdimat mərasimi baş tutub.

Tədbirin əsas məqsədi yeni kooperativi ictimaiyyətə tanıtmaq, qadın aqrosahibkarların istehsal potensialını nümayiş etdirərək onların bazar imkanlarını genişləndirmək və dövlət-özəl sektor tərəfdaşlarının diqqətini bu təşəbbüsə cəlb etmək olub.

Təqdimat mərasimində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin üzvü Elşən Məmmədov və Cəmiyyətin digər təmsilçi əməkdaşları da iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılara kooperativin gələcək inkişaf perspektivləri, eləcə də, qadınların aqrar sahədə fəaliyyətini dəstəkləyən “AFAQ” layihəsi barədə geniş məlumat verilib.