“Aqrar Tədarük və Təchizat” ASC-nin Keyfiyyəti İdarəetmə Sistemi ISO
9001:2015 beynəlxalq standartının tələblərinə tam uyğunluğunu təsdiqləyib. Bir
neçə ay davam edən yenilənmə və təkmilləşdirmə prosesi nəticəsində Cəmiyyətin fəaliyyəti
beynəlxalq keyfiyyət standartları çərçivəsində uğurla sertifikatlaşdırılıb.
“Azərbaycan Standartlaşdırma
İnstitutu” publik hüquqi şəxsin (AzStandard) İdarəetmə Sistemlərinin
Sertifikatlaşdırılması Orqanı tərəfindən aparılan iki mərhələli auditin nəticələrinə
əsasən, dövlət büdcəsi vəsaitləri hesabına ərzaq məhsullarının mərkəzləşdirilmiş
satınalınmasının təmin edilməsi, yarmarkaların təşkili xidmətləri, aqrar sahədə
layihələrin icrası ISO 9001:2015 tələblərinə tam əməl etdiyi müəyyən edilib.
Qeyd edək ki, ISO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı “Aqrar
Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadəyə rəsmi
şəkildə təqdim edilib. Sonda xatirə fotosu çəkilib.