Avqustun 23-24 tarixlərində Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin
təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək.
Ənənəvi olaraq təşkil olunan bu yarmarka həm
yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin
sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən
20 regiondan 35-ə yaxın fermer iştirak edəcək. Fermerlər 100-ə yaxın çeşiddə kənd
təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər.
Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı sualı olan
alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına
yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirə biləcəklər.
Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro
stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, iştirak edən fermerlərə
piştaxtalar, tərəzilər və digər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim
olunur.