
5–6 iyul
tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat”
ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu
yarmarkası baş tutacaq.
Yarmarkanın
məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış
imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin
etməkdir.
Tədbirdə
20-yə yaxın regiondan 50-yə qədər fermer iştirak edəcək. Onlar 150-yə yaxın
çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar.
Satışa təqdim
olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət
edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə
fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları
analiz etdirə bilərlər.
Yarmarka 2
gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi
5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.