
7-8 iyun
tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu
yarmarkası keçiriləcək.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının
bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin
təbii, yerli
və sağlam
kənd məhsullarına
əlçatanlığını artırmaqdır.
Yarmarkada 20-yə yaxın regiondan iştirak edəcək 50-yə yaxın
fermer 150-yə qədər çeşiddə kənd
təsərrüfatı və qida məhsullarının
satışını həyata keçirəcəklər.
Burada
satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan
Qida Təhlükəsizliyi
Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların
keyfiyyəti ilə bağlı hər
hansı sualı yaranan
vətəndaşlar yarmarkada fəaliyyət
göstərən Səyyar
Qida Laboratoriyasına yaxınlaşaraq
məhsuldan analiz
verə bilərlər.
Yarmarka 2 gün
müddətində 9:00-dan 19:00-dək
Nərimanov rayonu, Fətəli xan Xoyski
küçəsi, 5 (“Gənclik” metro
stansiyasının
yanı) ünvanında
təşkil olunacaq.
Qeyd
edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər
piştaxta, tərəzi
və digər
lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.