Xəbərlər

"Aqrar Tədarük və Təchizat" ASC Zəngilanda keçirilən Aqrar Biznes Festivalında iştirak edib.

30 / 04 / 2025

Zəngilan rayonunun Ağalı kəndində işğaldan azad olunmuş ərzilərdə ilk dəfə Aqrar Biznes Festivalı keçirilib.

Festivalda Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, millət vəkilləri, həmçinin dövlət və özəl sektorun nümayəndələri iştirak edib. 

 “Aqrar Tədarük və Təchizat” ASC AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları), “Kənddən Şəhərə” layihələri və tədaruk.az elektron portalı  ilə təmsil olunub. 

ATT ASC-nin stendində AFAQ layihəsinə üzv olan qadın fermerlərin məhsullarını daha geniş auditoriyaya tanıtmaq məqsədilə dəstək göstərilən fermerlər iştirak ediblər.  Füzuli, Beyləqan və Zəngilandan olan fermerlər öz təsərrüfatlarında istehsal etdikləri kənd təsərrüfatı məhsullarını ziyarətçilərə nümayiş etdiriblər. Kənd təsərrüfatında qadın sahibkarların sayının artırılmasına və onların inkişafına istiqamətlənən layihə çərçivəsində ötən ildə Zəngilanda 14 qadın fermerə quşçuluq və əkinçilik istiqamətində dəstək göstərilib, və tədbirlər bu il də davam etməkdədir.

Daha sonra , stendi ziyarət edən qonaqlara qurum tərəfindən həyata keçirilən “Kənddən Şəhərə” və “Şəhərdən Kəndə” layihələri, tedaruk.az elektron portalının məqsədləri, planlaşdırılan hədəflər və fermerlərə göstərilən dəstək tədbirləri barədə ətraflı məlumat verilib

Qeyd edək ki, fermerlərin, kiçik və orta sahibkarların, yerli və xarici şirkətlərin, eləcə də dövlət qurumlarının iştirak etdiyi festivalın məqsədi yerli fermerləri və aqrar sektorda fəaliyyət göstərən sahibkarları bir araya gətirərək, onların istehsal etdiyi məhsulları nümayiş etdirməkdir.