Avqustun
1-dən sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində
olan istehsalçı və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların
2025-ci il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini
yerləşdirə bilərlər.
İstehsalçı və satıcılar tedaruk.az saytında növbəti il üzrə
tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü,
qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola biləcəklər. Qeyd edilən
tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya
satıcılar satınalmada iştiraka buraxılmayacaqlar.
tedaruk.az elektron portalı dövlət büdcəsinin vəsaitləri
hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri)
ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən
platformadır.
Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş
qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin
operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən
istifadənin təşviqinə müsbət təsir göstərir.