Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
27-28 aprel tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil
olunacaq. Yarmarkada ümumilikdə 20-yə qədər regiondan 40-a yaxın fermerin
iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının
satışını həyata keçirəcəklər.
Nərimanov rayonu, Fətəli xan Xoyski
küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada
müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər yerli kənd təsərrüfatı
və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılacaq məhsulların
keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, burada Səyyar
Qida Laboratoriyası fəaliyyət göstərəcək.
Yarmarkanın təşkilində əsas məqsəd
yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər
sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Qeyd edək ki, “Kənddən Şəhərə”
yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi
ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət
edə bilərlər. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi
və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.