
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 4-5 mart tarixlərində
paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Yarmarkaların əsas məqsədi yerli fermerlər üçün alternativ
satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd
məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Budəfəki yarmarkalarda 50 regiondan 72 fermer iştirak edəcək.
Fermerlər 80-dən artıq çeşiddə yerli kənd təsərrüfatı və qida məhsullarını
satışa çıxaracaqlar.
Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, vətəndaşlar məhsulların
keyfiyyət göstəriciləri ilə tanış olmaq üçün yarmarka ərazisində fəaliyyət göstərən
Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, yarmarkalar fermerlər üçün tamamilə ödənişsiz
şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat
və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Həmçinin məhsullarının
daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları
təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınır.
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda
təşkil olunacaq:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik”
metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab”
kinoteatrının yanı)