Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 26-27 noyabr tarixlərində
Bakı və Abşeron ərasizində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil
olunacaq.
Yarmarkaların təşkilində əsas məqsəd fermer təsərrüfatları
üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli, təbii
və mövsümi kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkalarda məhsullar
birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq.
Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında
ümumilikdə 80-ə yaxın fermer 50-ə yaxın regionu təmsil edəcək. Fermerlər 90-a
yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak
edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və
avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik
çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından
birbaşa yarmarka keçirilən ünvanlara daşınacaq.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida
Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir
məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən
faydalana bilərlər.
“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda
fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik”
metro stansiyasının çıxışı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A