Новости

“Aqrar Tədarük və Təchizat” ASC Gürcüstanda ənənəvi Şərab Festivalında iştirak edib.

21 / 10 / 2026

Gürcüstanın Qurcani şəhərində ənənəvi Şərab Festivalı keçirilib.

Festivalda 150-dən çox şərab istehsalçısı və ailə təsərrüfatı, eləcə də 500-dən çox sənətkar və sahibkar iştirak edib. Tədbirdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşı da iştirak edib.

Festival yerli butik şərabçılıq ənənələrinin, ailə təsərrüfatlarının məhsullarının və aqroturizm imkanlarının tanıdılması baxımından əhəmiyyət daşıyıb.