Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin
müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Qəbul
cədvəlinə uyğun olaraq kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 29-da
Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Şabran, Siyəzən, Xaçmaz, Quba
və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib,
ərizə və şikayətlərinə baxıb.
Əvvəlcə
nazir Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz
xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Nazirliyin
idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların
müraciətləri əsasən subsidiyaların verilməsi, suvarma suyu ilə təminat, torpaq
sahəsinin ayrılması, kənd təsərrüfatı təyinatlı kreditin ayrılması,
texnikaların lizinqi, torpaq sahəsinin təyinatının dəyişdirilməsi, aqrotexniki
xidmətlərlə təmin edilmə və digər məsələlərlə bağlı olub.
Nazir
Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin
hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə
həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir
qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə
götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq
qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla
görüş zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar
sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli
istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin
müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi
tədbirləri barədə geniş məlumat verilib. Dövlət başçısının kənd təsərrüfatının
inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının
rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyi
vurğulanıb.