Leyla Məmmədova

İdarə heyətinin üzvü

Leyla Məmmədova ali təhsilinə “Qafqaz” Universitetində (indiki Bakı Mühəndislik Universiteti) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alaraq başlayıb. Daha sonra Cenevrədə yerləşən Avropa Biznes Məktəbinin Bankçılıq və Maliyyə ixtisası üzrə MBA proqramını “Magna Cum Laude” fəxri dərəcəsi ilə bitirib. 2019-cu ildə isə Beynəlxalq Biznes Menecmenti ixtisası üzrə Barselona Universiteti və OBS Biznes Məktəbinin ortaq magistr proqramınından məzun olub.

Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alır.

Leyla Məmmədova həm dövlət, həm də özəl qurumlarda uzunmüddətli və peşəkar idarəetmə təcrübəsinə malikdir. Əmək fəaliyyətinə “Azər-Türk Bank” ASC-də müxtəlif vəzifələrdə çalışmaqla başlayıb, 2014-cü ildən 2018-ci ilə qədər isə bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru olub. Daha sonra karyerasını “Sinam” informasiya və texnologiyalar şirkətinin “start-up” layihəsinin rəhbəri olaraq davam etdirib. 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayınadək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru vəzifəsində çalışıb. 2019-cu ilin yanvar ayından 2019-cu ilin iyul ayınadək “Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC idarə heyətinin üzvü olub. 2019-cu ilin iyulundan  2020-ci ilin 11 mart tarixinə qədər “Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC bazası əsasında yaradılan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə heyətinin sədri vəzifəsində çalışıb. Hazırda Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə heyətinin üzvüdür.

Leyla Məmmədova  Hankyong Milli Universitetinin, Moskva Biznes Menecmenti Məktəbinin, ADA Universitetinin və Türkiyə Ziraat Bank Akademiyasının akademik və peşəkar sertifikatlarına sahibdir.

Azərbaycan, rus, ingilis və türk dillərində sərbəst ünsiyyət qurur, fransız dilində orta, gürcü dilində zəif danışır.