Anar Qədirov

İdarə Heyətinin üzvü

Anar Zabil oğlu Qədirov 1978-ci ildə anadan olub.

1995-ci ildə Bakı şəhəri Nəsimi rayonundakı 247 nömrəli orta məktəbi bitirib.

1995 -1999- cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə, Azərbaycan Respublikası Ticarət Nazirliyi, “İstehlak Mallarının Ekspertizası Mərkəzi”ndə mütəxəssis olaraq başlayıb.

2001-ci ildən 2011-ci ilədək İqtisadi İnkişaf Nazirliyinin bazasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi”ndə ekspert, aparıcı ekspert və  baş ekspert olaraq çalışıb.

2011- 2012-ci illərdə “İstehlak Mallarının Ekspertizası” MMC -də sektor müdiri, 2012-2019-cu illərdə həmin müəssisədə direktor müavini olaraq çalışıb.

2019-2020-ci illərdə “Aqrar tədarük və təchizat” ASC-də Keyfiyyət və İstehsalat proseslərinə nəzarət departameninin direktoru vəzifəsini icra edib.

2020-ci ilin oktyabr ayından “Aqrar tədarük və təchizat” ASC-də İdarə Heyətinin üzvüdür.

Azərbaycan və rus dillərini yüksək səviyyədə bilir və ünsiyyət qurur.