
Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları
birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. “Kənddən Şəhərə” həftəsonu
yarmarkalarının təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış
kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları
ilə dolğun şəkildə təmin etməkdir.
Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak
edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və
avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik
çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından
birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.
Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında
ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer iştirak edəcək.
Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını
satışa çıxaracaqlar.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida
Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir
məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən
faydalana bilərlər.
“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda
fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik”
metro stansiyasının çıxışı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A