"Bir qarış torpaq da boş qalmamalıdır!" İlham Əliyev

headset

1652

Xəbərlər
“Şəhərdən Kəndə” layihəsinə qoşulmuş fermerlər maarifləndirilir
schedule 12/02/2020

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə layihəyə qoşulmaq üçün müraciət edən və müxtəlif regionlarda fəaliyyət göstərən fermerlərə maarifləndirmə təlimlərinin keçirilməsinə start verilib.

 

Maarifləndirmə təlimlərinin təşkilində əsas məqsəd aqroturizmin əsas prinsipləri və beynəlxalq təcrübələri ilə yerli fermerləri tanış etmək, onları təsərrüfatlarında qonaq olan turistlərin qarşılanması, qidalanmanın təşkili, məhsulların qablaşdırılmasının və sərgilənməsinin təşkili, təsərrüfatlarındakı məhsulların satışından gəlir əldə etmənin yolları, bütövlükdə aqroturizm xidmətlərinin göstərilməsi mövzularında məlumatlandırmaqdır.

 

İlk təlim “Şəhərdən Kəndə” layihəsinə Lənkəran və Astaradan qoşulan fermerlər üçün keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin üzvü Sərxan Sərxanov təlimdə iştirak edən fermerlərə layihənin məqsədi, fermerlər üçün üstünlüklərindən danışıb və qurum olaraq layihəyə qoşulmuş fermerlərə davamlı konsultasiya xidmətlərinin göstəriləcəyini deyib.

 

“Aqroturizm və sahibkarlıq” və “Fərdi fərqindəlik” mövzuzlarında baş tutan təlimlər Türkiyədən dəvət edilmiş təlimçilər Soner Şahan və İşıl Şahan tərəfindən keçilir.

 

İşıl Şahan özəl sektorda marketinq kommunikasiyaları və insan resursları üzrə çoxillik təcrübəyə malikdir. O, eyni zamanda turizm sahəsində fəaliyyət göstərən şəxslərə təlimlər keçib, müxtəlif qurumların marketinq strategiyalarının qurulmasında iştirak edib. Təlimçi, həmçinin Boğaziçi Universitetində korporativ sosial məsuliyyət layihələrinin direktoru kimi çalışıb. Soner Şahan isə hazırda Boğaziçi Universitetində strateji layihələr üzrə məsləhətçi kimi fəaliyyət göstərir. O, müxtəlif sahələrdə həyata keçirilən layihələrin planlanması və idarə ediləməsi üzə mütəxəssisdir.

 

Təlimlərdən sonra Türkiyəli mütəxəssislər layihəyə qoşulmuş fermer təsərrüfatlarına səfər edib, yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı və əlavə gəlir mənbəyi, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanı yaratmaq məqsədi ilə həyata keçirilir. Hazırda layihə çərçivəsində əməkdaşlıq edilən turizm şirkətləri ilə birgə mütəmadi olaraq ölkəmizin 7 fərqli istiqaməti üzrə müxtəlif regionlarında yerləşən 11 fermer təsərrüfatına turlar təşkil edilir. Layihə çərçivəsində bu günədək 40-dan artıq aqrotur baş tutub. Bu turlara ümumilikdə 800-dən çox turist qoşulub, onların 150-ə yaxını əcnəbi turistlər olub.

Layihəyə qoşulmuş fermerlər üçün Türkiyəli mütəxəssislərin iştirak etdiyi təlimlərin növbəti mərhələsi fevralın 14-15-də İsmayıllı, 16-17 fevralda isə Zaqatala rayonunda keçiriləcək.

Digər xəbərlər
schedule

03/02/2020

AFAQ layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “...
schedule

30/01/2020

Afinada Yunanıstan Sahibkarlar Federasiyası, Yunanıstan Milli İnvestis...
schedule

23/01/2020

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat"...
schedule

21/01/2020

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchi...