"Bir qarış torpaq da boş qalmamalıdır!" İlham Əliyev

headset

1652

Xəbərlər
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fermerlərlə görüşlərə start verilib
schedule 20/11/2019

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fermerlərlə görüşlər keçirilir. İlk görüş bu gün Qax rayonunda baş tutub. Qax DAİM-də keçirilən görüşdə yerli fermerlərə ölkəmizdə həyata keçirilən ilk aqroekoturizm layihəsi olan “Şəhərdən Kəndə” barədə ətraflı məlumat verilib, onlar layihəyə qoşulmağa dəvət olunub. Həmçinin ATT nümayəndə heyəti tərəfindən yerli fermerlərin təsərrüfatlarına baxış keçirilib, kənd turizmi üçün uyğun olan təsərrüfatlar qeydə alınıb.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarını inkişaf etdirmək, fermerlər üçün alternativ satış kanalı və gəlir mənbəyi, eləcə də şəhər əhalisi üçün yeni turizm imkanı yaratmaqdır. Layihə çərçivəsində fermerlərə maarifləndirmə təlimləri keçiriləcək, həmçinin onlar layihənin verdiyi digər imkanlardan yararlana biləcəklər.

Fermerlərlə görüşlər aşağıda qeyd edilən cədvəl üzrə həyata keçiriləcək:

22 noyabr saat 11:00-13:00 - Zaqatala

22 noyabr saat 16:00-18:00 - Balakən

25 noyabr saat 11:00-13:00 - Qəbələ

26 noyabr saat 11:00-13:00 - İsmayıllı  

26 noyabr saat 15:00-17:00 - Şamaxı  

27 noyabr saat 11:00-13:00 - Quba

27 noyabr saat 15:00-17:00 - Qusar

28 noyabr saat 14:00-15:00 - Lənkəran

Görüşlərdə iştirak etmək istəyən fermerlər ATT-nin regional idarələrinə, eləcə də rayon DAİM-lərinə müraciət edə və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Digər xəbərlər
schedule

10/12/2019

KOICA-Azərbaycan tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan və Cənub...
schedule

09/12/2019

  Ölkəmiz bu il ilk dəfə olaraq 24-cü “Global Village” Beynəlxalq Yar...
schedule

29/11/2019

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchi...
schedule

22/11/2019

Rusiyanın paytaxtı Moskva şəhərində 10-cu Rusiya-Azərbaycan Regionlara...