Bir qarış torpaq da boş qalmamalıdır! İlham Əliyev

headset

1652

Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri Bal yarmarkasını ziyarət ediblər
schedule 14/10/2019

Bu gün ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus və səfirliklərin nümayəndələri “Kənddən şəhərə” layihəsi çərçivəsində təşkil olunan Bal yarmarkasında olublar. Yarmarkanı ziyarət edən heyətdə Fransa, Çexiya, Tacikistan, Yaponiya, İsveçrə, Gürcüstan, Niderland, Bolqarıstan, Çin, Hindistan, İtaliya, Braziliya, Rusiya, Belarus, Avstriya və Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirlikləri, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Ofisi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri yer alıb.

Qonaqların Bal yarmarkasına ziyarətinin təşkilində əsas məqsəd yerli arıçılıq məhsullarını tanıtmaq və ölkəmizin bu sahədə olan potensialını nümayiş etdirmək olub. Belə ki, diplomatik korpus nümayəndələri ölkəmizin müxtəlif regionlarından gəlmiş arıçılarla həmsöhbət olaraq bal və arıçılıq məhsullarının dadına baxıblar. Həmçinin, onlara ölkəmizdə arıçılığın tarixi, inkişaf istiqamətləri və bu sahədə həyata keçirilən layihələr barədə məlumatlar verilib.

Xatırladaq ki, Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutur. Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunan yarmarka 18 oktyabr tarixinə qədər davam edəcək. Yarmarkada ümumilikdə 37 rayon və bölgədən 321 arıçı iştirak edir.

Ən çox oxunanlar
schedule

16/11/2019

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədar&uuml...
schedule

14/11/2019

18-24 noyabr tarixlərində İtaliyanın Azərbaycandakı səfirliyinin təşki...
schedule

12/11/2019

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Niderlan...
schedule

07/11/2019

Çin Xalq Respublikasının Şanxay şəhərində II Çin Beynəlx...