"Bir qarış torpaq da boş qalmamalıdır!" İlham Əliyev

headset

1652

Xəbərlər
Michelin ulduzlu İtalyan aşpaz: “İtalyan yeməklərinin hazırlanmasında “Kənddən Şəhərə”-nin məhsullarından istifadə edirik.”
schedule 21/11/2019

Bu gün İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin dəstəyi ilə baş tutan İtaliya Mətbəxi Həftəsi çərçivəsində “Təhlükəsiz qida, keyfiyyətli məhsullar və güclü bir ölkə brendi. İtaliya-Azərbaycan Dialoqu” seminarı keçirilib.

Seminarın açılış mərasimində çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari ölkələrimiz arasındakı əməkdaşlığın tarixindən və aqrar sahədə birgə görülən işlərdən danışıb.

Daha sonra isə Michelin ulduzlu aşpaz Karlo Krasko çıxış edərək bir neçə gün ərzində paytaxtımızın müxtəlif restoranlarında İtaliya mətbəxinin ləziz təamlarını hazırladığını və onları hazırlayarkən “Kənddən Şəhərə” satış mərkəzlərində satılan qida məhsullarından istifadə etdiyini vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Fərəcov açılış mərasimində çıxış edərək ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf etdiyini və bu inkişafın Azərbaycan üçün yeni imkanlar yaratdığını qeyd edib. Azərbaycanın qonaqpərvərliyindən və mətbəxindən danışan R.Fərəcov məhsullarımızın İtaliya kulinariya ənənələrini zənginləşdirəcəyini söyləyib. Bu isə özlüyündə həm italya mətbəxini, həm də yerli məhsullarımızın keyfiyyətini nümayiş etdirəcək.

Tədbirin açılış mərasimində Azərbaycan Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və İtaliya Ticarət Agentliyinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin direktoru Maurizio Ferrini çıxış ediblər.

Tədbirin debat hissəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC İdarə Heyətinin sədrinin müşaviri Vüqar Namazov çıxış edərək ATT-nin fəaliyyətindən, həyata keçirilən layihələrdən danışıb. O, qurumun əsas məqsədinin insanları sağlam məhsullarla təmin etmək, eyni zamanda kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməkdən ibarət olduğunu bildirib. Azərbaycanın ixrac potensialının yüksək olduğunu diqqətə çatdıran V.Namazov təmsil etdiyi qurumun yerli qida məhsulları istehsalçılarını ixraca təşviq etdiyini qeyd edib.

Bildirək ki, İtaliya Mətbəxi Həftəsi 18-24 noyabr tarixlərində Azərbaycanla bərabər dünyanın bir çox başqa ölkələrində də təşkil olunub. Həftə çərçivəsində paytaxtımızda çoxlu sayda tədbirlər (seminarlar, konfranslar, aşpazlarla görüşlər, aşpazlıq kursları, dequstasiyalar, şam yeməkləri, biznesin təşviqi fəaliyyətləri və s.) təşkil olunmaqdadır. Əsas məqsədi keyfiyyətli İtalyan mətbəxinin və qida məhsullarının dünyada tanıdılması olan həftə İtaliya hökumətinin başlatdığı "İtalyansayağı yaşamaq" (“Vivere ALL’Italiana”) planının bir hissəsi olaraq həyata keçirilir. 

Digər xəbərlər
schedule

10/12/2019

KOICA-Azərbaycan tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan və Cənub...
schedule

09/12/2019

  Ölkəmiz bu il ilk dəfə olaraq 24-cü “Global Village” Beynəlxalq Yar...
schedule

29/11/2019

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchi...
schedule

22/11/2019

Rusiyanın paytaxtı Moskva şəhərində 10-cu Rusiya-Azərbaycan Regionlara...