"Bir qarış torpaq da boş qalmamalıdır!" İlham Əliyev

headset

1652

Xəbərlər
“Kənddən Şəhərə” Qış yarmarkası fəaliyyətə başlayıb
schedule 21/12/2019

Bu gündən “Kənddən Şəhərə” Qış yarmarkası fəaliyyətə başlayır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təşkil olunan qış yarmarkası 30 dekabr tarixinə qədər davam edəcək.

Qış yarmarkası paytaxtın Nərimanov, Binəqədi, Yasamal və Suraxanı rayonları, eləcə də Abşeron rayonu ərazisində 5 fərqli nöqtədə keçirilir. Qeyd edək ki, paytaxt sakinlərinin “Kənddən Şəhərə” yarmarkalarına olan marağını nəzərə alan təşkilatçı qurum yarmarkanın keçirildiyi ünvanların sayını artırıb. “Kənddən Şəhərə” yarmarkasının ənənəvi ünvanları sırasına bu dəfə Suraxanı rayonu da əlavə edilib.

Qış yarmarkasının təşkilində əsas məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını təbii məhsullarla dolğun şəkildə qarşılamaq, eləcə də yerli fermerlərimiz üçün alternativ satış kanalı yaratmaqdır.

“Kənddən Şəhərə” Qış yarmarkasında bütün məhsullar birbaşa fermerlər tərəfindən paytaxt sakinlərinə təqdim olunur. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 140-dan çox fermer 60-dan artıq adda müxtəlif məhsulun satışını həyata keçirir. 

Bayram yarmarkası həftsonu yarmarkalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, “Kənddən Şəhərə” Qış yarmarkası çərçivəsində məhsul satışı ilə yanaşı, müxtəlif tədbirlər də həyata keçiriləcək, yarmarka ərazisində xüsusi qidalanma guşələri fəaliyyət göstərəcək. Bundan başqa, yarmarkalarda uşaqlar üçün əyləncə və yaradıcılıq guşələri də hazırlanıb. Eləcə də yarmarkalar Yeni il bayramı ab-havasına uyğun bəzədilib.

“Kənddən Şəhərə” Qış yarmarkası aşağıdakı ünvanlarda təşkil olunur:

Yarmarkanın keçirildiyi ünvanlar:

Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

Nərimanov rayonu, Gənclik metrostansiyasının yanı

Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı)

Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində mütəmadi olaraq həftəsonu və tematik yarmarkalar təşkil olunur. Qış yarmarkası kimi tematik yarmarkaların təşkili bundan sonra da davam etdiriləcək.

Digər xəbərlər
schedule

12/02/2020

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat”...
schedule

03/02/2020

AFAQ layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “...
schedule

30/01/2020

Afinada Yunanıstan Sahibkarlar Federasiyası, Yunanıstan Milli İnvestis...
schedule

23/01/2020

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat"...