Bir qarış torpaq da boş qalmamalıdır! İlham Əliyev

headset

1652

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti II Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir
schedule 07/11/2019

Çin Xalq Respublikasının Şanxay şəhərində II Çin Beynəlxalq İdxal Sərgisi keçirilir.

Sərgidə Azərbaycandan Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər şəxslər daxildir.

Sərgi çərçivəsində müxtəlif mövzularda biznes forumların keçirilməsi nəzərdə tutulur.

Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Çin bazarının Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar aça biləcəyini deyib: “Burada ümumilikdə 150 ölkədən 3 mindən çox şirkət iştirak edir. Azərbaycanı təmsil edən bütün təşkilat və şirkətlərin sərgidə iştirakı “Made in Azerbaijan” adı altında qurulan vahid stenddə baş tutur. Sərgiyə ölkə olaraq geniş heyətlə qatılmışıq. Bu cür sərgilərdə iştirak yeni əməkdaşlıqlar üçün yaxşı fürsətdir. Burada iştirak edən şirkət və qurumların nümayəndələrinə ölkəmizdə kənd təsərrüfatı sahəsində görülən işlər, yeniliklər barədə məlumat veririk. Eyni zamanda, ikitərəfli əməkdaşlıqların qurulması, yerli istehsal məhsullarıının Çin bazarına ixrac edilməsi imkanlarını araşdırırıq. Düşünürəm ki, Çin Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında çox vacib ölkələrdən birinə çevrilə bilər.”

Sərgidə yerli fermerlərin məhsullarını nümayiş etdirən Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova qeyd edib ki, beynəlxlaq sərgilərdə iştirak bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynayır: “Aqrar Tədarük və Təchizat olaraq bu beynəlxalq sərgidə iştirakımızın əsas məqsədi yerli kənd təsərrüfatı məhsullarımızı Çin bazarında tanıtmaq və ölkəmizin ixrac potensialını nümayiş etdirməkdir. Bu məqsədlə sərgidə çoxlu Azərbaycan istehsalı olan məhsullar sərgilənir. Həmçinin, sərgi çərçivəsində kənd təsərrüfatı sahəsinin inkişaf etdiyi müxtəlif ölkələrin nümayəndə heyətləri ilə işgüzar görüşlər həyata keçiririk. Məqsədimiz yeni və dayanıqlı əməkdaşlıqların qurulmasıdır. Ümumiyyətlə, bu cür tədbirlərdə iştirak yerli məhsullarımızın ixracı üçün yeni bazarların tapılmasında əhəmiyyətli rol oynayır. Biz də bu cür tədbirlərdə iştirak edərək həm məhsullarımızın dünya bazarlarına çıxış imkanlarını araşdırırıq, həm də istehsalçılarımızı ixrac əməliyyatları üçün təşviq edirik”.

Qeyd edək ki, Çinin dövlət başçısı Si Cinpinin təşəbbüsü ilə keçirilən II Çin Beynəlxalq İdxal Sərgisi noyabrın 10-dək davam edəcək. 150 ölkədən 3 mindən çox şirkətin iştirak etdiyi builki sərgidə 60-dan çox ölkənin milli pavilyonu fəaliyyət göstərir.

Ən çox oxunanlar
schedule

16/11/2019

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədar&uuml...
schedule

14/11/2019

18-24 noyabr tarixlərində İtaliyanın Azərbaycandakı səfirliyinin təşki...
schedule

12/11/2019

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Niderlan...
schedule

03/11/2019

Noyabrın 3-də Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliy...