"Bir qarış torpaq da boş qalmamalıdır!" İlham Əliyev

headset

1652

Xəbərlər
Azərbaycanın kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracı imkanları müzakirə edilib
schedule 21/01/2020

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin bir qrup rəhbər şəxsi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində işgüzar səfərdədir. 

“Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədovanın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq Ofisinin rəhbəri Ömər Əbdüləziz Xan və Palatanın digər rəhbər şəxsləri ilə görüşüb. Görüşdə aqroturizm sahəsində mümkün yeni əməkdaşlıq perspektivləri, Azərbaycan kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracı, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi əsas müzakirə mövzuları olub. Görüş zamanı hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. 

Səfər çərçivəsində sabah “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycanın BƏƏ-dəki Ticarət Nümayəndəliyinin və Azərbaycan Ticarət evinin dəstəyi ilə “Azərbaycan kənd təsərrüfatı məhsulları: Sərgi və dequstasiya” tədbiri keçiriləcək. Tədbirin əsas məqsədi ixrac potensialı yüksək olan yerli istehsal kənd təsərrüfatı və qida məhsullarının tanıdılması, yeni ixrac kanalllarının araşdırılması və işgüzar əlaqələrin qurulmasıdır.

Digər xəbərlər
schedule

12/02/2020

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat”...
schedule

03/02/2020

AFAQ layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “...
schedule

30/01/2020

Afinada Yunanıstan Sahibkarlar Federasiyası, Yunanıstan Milli İnvestis...
schedule

23/01/2020

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat"...