"Bir qarış torpaq da boş qalmamalıdır!" İlham Əliyev

headset

1652

Xəbərlər
Azərbaycan məhsulları Berlində keçirilən 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisində təqdim olunur
schedule 18/01/2020

Yanvarın 17-də Almaniyanın paytaxtı Berlində 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisinin açılışı olub.

Miqyasına görə dünyanın ən iri kənd təsərrüfatı sərgilərindən biri sayılan bu tədbir tanınmış “Messe” zalında keçirilir. Sərgi ilk dəfə 94 il bundan əvvəl, 1926-cı ildə təşkil olunub. Azərbaycan bu sərgidə artıq 12-ci dəfədir təmsil olunur.

Azərbaycan şirkətləri sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iştirak edir.

Sərgidə iştirak edən şirkətlər arasında “Aqrar Tədarük və Təchizat” ASC də yer alır, fermerlərimizin istehsal etdiyi kənd təsərrüfatı məhsullarını nümayiş etdirir.

Sərginin Azərbaycan üçün ayrılmış hissəsi 98 kvadratmetrdir. Burada 11 iştirakçı şirkət tərəfindən ziyarətçilərə 180 növdən artıq məhsul təqdim olunur.

Bu il “Beynəlxalq Yaşıl Həftə” sərgisində dünyanın 70 ölkəsindən ümumilikdə 1500 şirkət iştirak edir.

Azərbaycan stendinin açılışında Almaniyada səfərdə olan Kənd Təsərrüfatı naziri İnam Kərimov, səfir Ramin Həsənov iştirak ediblər. Onlar Azərbaycan şirkətlərinin məhsulları ilə tanış olub, bir sıra görüşlər keçiriblər.

 

 

Digər xəbərlər
schedule

12/02/2020

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat”...
schedule

03/02/2020

AFAQ layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “...
schedule

30/01/2020

Afinada Yunanıstan Sahibkarlar Federasiyası, Yunanıstan Milli İnvestis...
schedule

23/01/2020

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat"...