Bir qarış torpaq da boş qalmamalıdır! İlham Əliyev

headset

1652

“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib
schedule 18/10/2019

Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı, Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Aqrar Tədarük və Təchizat" ASC-nin tərəfdaşlığı ilə baş tutan “AQRO Sosial Media Marketinq - AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elvin Paşayev və “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Leyla Məmmədova gənclərə uğurlar arzulayıb, son illərdə ölkə rəhbərliyinin kənd təsərrüfatına ayırdığı diqqətdən bəhs ediblər. Eyni zamanda, gənclərə aqrar sahədə yaradılan şəraitdən və islahatların gətirdiyi şanslardan bəhrələnmək tövsiyə edilib.

Daha sonra “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə layihəyə 500-ə qədər gəncin müraciət etdiyini, onlardan 30 namizədin müsahibələrdən sonra layihədə iştirak haqqı qazandığını qeyd etdi. Təşkilat sədri layihənin aqrar sahənin elektron reklamının və satış bazasının yaradılması baxımından mühüm rol oynadığını bildirdi.

Qeyd edək ki, 16 peşəkar təlimçi - müxtəlif dövlət və özəl qurumlarda çalışan rəhbər və məsul şəxslər Pərviz Əliyev - “Aqrar İqtisadiyyat”, Leyla Məmmədova - “Aqrar marketinq”, İlqar Abdullayev - “Heyvandarlıq”, Emin Musəvi - “Medianın biznes tərəfi”, Elməddin Namazov - “Bitkiçilik”, Nadir Adilov - “Aqrar Biznesdə Sosial Məsuliyyət”, Afət Yaqubova- “Kənd təsərrüfatında sosial medyanın rolu”, Bəhruz Nuriyev - “Torpaqdan istifadə”, Rizvan Qənbərli - “Klassik mediadan yeni mediaya”, Turanə Qasımova - “Özünü məşğuliyyətdən biznesə”, Rafiq Hünaltay - “Böhran dövründə marketinq strategiyası”, Rəşad Bayramov- “Effektiv kommunikasiya və marketinq kommunikasiyası”, Hacıağa Əliyev - “Sosial mediadan istifadə”, Aysel Cəbrayılova - “Rəqəmsal marketinqdə optimal həllər” və Firdovsi Fikrətzadə - “Aqromarketinqin informasiya bazaları“ mövzusunda iştirakçılarla interaktiv təlimlər keçməyə nail olublar.

Bütün bunlarla bərabər gənc iştirakçılar üçün ölkənin 4 bölgəsində müxtəlif aqrar müəssisələrə ekskursiyalar təşkil edilərək onların aqrar istehsalat proseslərini əyani görmələri üçün şərait yaradılıb, onlara yerindəcə geniş informasiyalar verilib.

Sonda iştirakçılar sertifikatlarla təltif edilib, qalib komanda üzvləri isə hədiyyələrlə mükafatlandırlıblar.

Məlumat üçün bildirək ki, “AQRO SMM” ölkəmizdə sosial media marketinqinin aqrar sahədə tətbiqi istiqamətində keçirilən ilk layihədir.

Ən çox oxunanlar
schedule

16/11/2019

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədar&uuml...
schedule

14/11/2019

18-24 noyabr tarixlərində İtaliyanın Azərbaycandakı səfirliyinin təşki...
schedule

12/11/2019

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Niderlan...
schedule

07/11/2019

Çin Xalq Respublikasının Şanxay şəhərində II Çin Beynəlx...