"Bir qarış torpaq da boş qalmamalıdır!" İlham Əliyev

headset

1652

Xəbərlər
AFAQ layihəsi çərçivəsində regionlarda qadın fermerlərlə görüşlər keçirilir
schedule 18/11/2019

18-28 noyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndə heyəti müxtəlif rayonlarda aqrar sahədə fəaliyyət göstərən və AFAQ- Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsinə müraciət edən qadınlarla görüş keçirəcək.

Görüşlərin keçirilməsində əsas məqsəd qadın fermerlərin idarə etdiyi təsərrüfatlara baxış keçirilməsi və onların ehtiyaclarının müəyyənləşdirilməsidir. Layihənin növbəti mərhələsində bütün iştirakçı qadınlar peşəkar təlimçilər tərəfindən veriləcək təlim proqramlarına ödənişsiz qoşulmaq imkanı qazanacaqlar.

Təsərrüfat sahibi olan qadın fermerlər isə layihə çərçivəsində konsultasiya və texniki dəstək imkanından yararlana biləcəklər.

Görüşlər aşağıda qeyd edilən cədvələ uyğun baş tutacaq:

18 noyabr saat 11:00-13:00 - Quba

18 noyabr saat 15:00-17:00 - Xaçmaz

19 noyabr saat 11:00-13:00 - Şamaxı

19 noyabr saat 15:00-17:00 - İsmayıllı  

20 noyabr saat 11:00-13:00 - Şəki        

20 noyabr saat 15:00-17:00 - Qax

21 noyabr saat 11:00-13:00 - Balakən

22 noyabr saat 11:00-13:00 - Goranboy

22 noyabr saat 16:00-18:00 - Ağdam

25 noyabr saat 11:00-13:00 - Sabirabad

26 noyabr saat 11:00-13:00 - Cəlilabad

26 noyabr saat 15:00-17:00 – Masallı

27 noyabr saat 11:00-13:00 - Lənkəran

27 noyabr saat 15:00-17:00 - Astara

28 noyabr saat 14:00-15:00 - Neftçala  

Qeyd edək ki, görüşlərdə iştirak etmək istəyən fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin regional idarələrinə, eləcə də rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

AFAQ layihəsinin əsas məqsədi, kənd təsərrüfatı ilə məşğul olan qadınların aktivliyini artırmaq, onların aqrar sahibkar kimi formalaşmasına dəstək göstərməkdir.

Digər xəbərlər
schedule

10/12/2019

KOICA-Azərbaycan tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan və Cənub...
schedule

09/12/2019

  Ölkəmiz bu il ilk dəfə olaraq 24-cü “Global Village” Beynəlxalq Yar...
schedule

29/11/2019

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchi...
schedule

22/11/2019

Rusiyanın paytaxtı Moskva şəhərində 10-cu Rusiya-Azərbaycan Regionlara...