Daxili audit xidməti şöbəsinin mütəxəssisi

Vəzifə öhdəlikləri

   -  Daxili audit planına əsasən auditin həyata keçirilməsində iştirak;

   -  Daxili audit proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasının təmin ediməsi;

   -  Aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması barədə vaxtında birbaşa rəhbərinin məlumatlandırılması və prosesin müvafiq qaydada sənədləşdirilməsi;

  -  Mühasibat uçotu və hesabat sisteminin adekvatlığının təhlili, qiymətləndirilməsi və audit prosedurlarının yerinə yetirilməsi;

  -  Cəmiyyətin daxili nəzarət sistemləri, prosedurları və qaydalarının uyğunluğu, effektivliyi, səmərəliliyinin yoxlanılması, qiymətləndirilməsi və aşağı səviyyəli mürəkkəblik statusuna malik, sadə mühakiməli audit prosedurlarının yerinə yetirilməsi;

  -  Risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;

  -  Biznes proseslərin təhlili, qiymətləndirilməsi və aşağı səviyyəli mürəkkəblik statusuna malik məsələlərin həlli, optimallaşdırma ilə bağlı təkliflərin verilməsi;

  -  Bütün növ iş sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi;

  -  Birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.


Tələblər

  -  Ali iqtisadi və ya hüquq təhsili.

  -  Maliyyə-mühasibatlıq, Daxili audit və ya Daxili nəzarət strukturunda ən azı 1 il iş təcrübəsi.

  -  Dil bilikləri: Azərbaycan – səlis, Rus - orta, İngilis – orta (sərbəst bilən namizədlərə üstünlük veriləcək);

  -  Kompüter bilikləri – 1C; Microsoft Office proqramları

  -  Yüksək ünsiyyət bacarığı;

  -  Araşdırma aparmaq bacarığı;

  -  Ezamiyyətə gedə bilmək imkanı;


Göstərilən tələblərə cavab verən namizədlər  CV-lərini mövzu sətrinə “Daxili Auditor” yazaraq  hr@att.gov.az ünvanına göndərə və ya aşağıda qeyd edilmiş bölməyə yükləyərək müraciət edə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Форма заявки