"Bir qarış torpaq da boş qalmamalıdır!" İlham Əliyev

headset

1652

İnsan Resursları

İnsan resursları siyasəti

Qeyri-neft sektorunun inkişafı naminə kənd təsərrüfatının təşviqi və dəstəklənməsini özünə missiya seçən “Aqrar Tədarük və Təchizat” ASC komandası olaraq çıxdığımız bu yolda əldə etdiyimiz və əldə edəcəyimiz uğurlarda əsas pay sahibi insan resursudur.

İnsan resursları siyasətimizin başlıca istiqamətləri

qarşıya qoyulmuş hədəflərə doğru birlik və davamlılığı qoruyaraq səylə çalışmaq və doğru yerə, doğru insanı cəlb etmək;

inkişafın davamlılığı və uğurlarımızın uzunömürlülüyünün memarı olan əməkdaşlarımız fəaliyyətimizdə rəqabətə davamlı, innovativ yerli və beynəlxalq təcrübələri daim öz işlərində tətbiq edə bilsin deyə onların səriştəliliyinin artırılması istər daxili, istərsə də xarici təlimlərlə təmin etmək.

Daxili və xarici təlimlər vasitəsi ilə əldə edilən bilik və bacarıqlarla əməkdaşlarımız işlərinə innovativ həllər gətirməklə yanaşı, işlərinin peşəkarına çevrilir, öz addımlarında əmin addımlarla irəliləyirlər.

ATT komandası olaraq işçilərimizə və bizim komandamızın üzvü olmaq istəyən insanlara nə təklif edirik?

Karyera inkişafına gedən yolun hər bir mərhələsində dəstək;
Təkmilləşmə imkanlarına malik olan mükəmməl iş mühiti.


İşə qəbul

Biz daim fərqli və yeni düşüncə tərzinə sahib, təşəbbüskar və məsuliyyətli əməkdaşlar axtarışındayıq. Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə müvafiq vakansiyalarımıza müraciət edə bilərsiniz.


Təcrübə proqramı

Əgər hazırda tələbəsən ya yeni məzun olmusan və gələcək karyeranda irəliləmək üçün ilkin addımlarını atmaq istəyirsənsə, Biz Sənin yanındıq. Sənə şad xəbərimiz var. “Aqrar Tədaük və Təchizat” ASC olaraq komandamıza dəstək üçün yeni gənc, istedadlı və təşəbbüskar təcrübəçilər axtarışındayıq.


Təcrübə proqramı vasitəsilə siz nələr qazanacaqsanız?


İşləyərək öyrənmək imkanı

Real iş mühiti ilə tanışlıq

Gələcəkdə “Aqrar Tədarük və Təchizat ASC–də karyera qurmaq şansı

Təcrübə proqramında iştiraka dair Sertifikat

İş mühiti əlaqələrinin genişlənməsi

 

Son Vakansiyalar