Büdcə, hesabatlılıq və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

Vəzifə öhdəlikləri:

-          Aylıq, Rüblük, İllik maliyyə hesabatlarının (Maliyyə Vəziyyəti Haqqında Hesabat, Mənfəət/Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat) hazırlanması;

-          Şirkət büdcəsinin formalaşdırılması, tətbiqi və yoxlanılması;

-          Maliyyə göstəricilərinin hesablanması və təhlili;

-          Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təkliflərinin verilməsi;

-          Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak;

-          Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;

-          Şirkət rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;

-          Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;

-          Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;

-          IFRS qaydalarında olan dəyişikliklərin öyrənilməsi və tətbiqi.


Tələblər:

-          Müvafiq sahədə ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu) ;

-          Minimum 3 il mühasibat uçotu və hesabatlılıq sahəsində iş təcrübəsi;

-          MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında işləmək bacarığı;

-          Dil bilikləri (Azərbaycan dili, İngilis dili);

-          Analitik təhlil etmə və hesabat tərtib etmə qabiliyyətinə sahib olmalı;

-          Komandada işləmək bacarığı olmalı;

-          1C 8.3 ERP sistemində işləmək bacarığı;

-          Əla ünsiyyət qurmaq, planlama və problem həll etmə bacarığı;

-          Beynəlxalq sertifikatların olması (ACCA Financial Accounting, Financial Reporting və ya DipİFR) üstünlükdür;




Göstərilən tələblərə cavab verən namizədlər  CV-lərini mövzu sətrinə “Büdcə, hesabatlılıq və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi” yazaraq  hr@att.gov.az ünvanına göndərə və ya aşağıda qeyd edilmiş bölməyə yükləyərək müraciət edə bilərlər . Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Müraciət formu