Təcrübə proqramı

Əgər hazırda tələbəsən ya yeni məzun olmusan və gələcək karyeranda irəliləmək üçün ilkin addımlarını atmaq istəyirsənsə, Biz Sənin yanındıq. Sənə şad xəbərimiz var. “Aqrar Tədaük və Təchizat” ASC olaraq komandamıza dəstək üçün yeni gənc, istedadlı və təşəbbüskar təcrübəçilər axtarışındayıq.


Təcrübə proqramı vasitəsilə siz nələr qazanacaqsanız?

İşləyərək öyrənmək imkanı

Real iş mühiti ilə tanışlıq

Gələcəkdə “Aqrar Tədarük və Təchizat ASC–də karyera qurmaq şansı

Təcrübə proqramında iştiraka dair Sertifikat

İş mühiti əlaqələrinin genişlənməsi

 

Bu günə qədərki təcrübəçilərimiz 

   

  • Abdulzadə Murad  – Maliyyə departamenti – Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq İqtisadiyyat Məktəbi (bakalavr dərəcəsi üzrə təhsilini davam etdirir).

  • Cəfərova Aytac  – Biznesin inkişafı departamenti, Biznesin inkişafı şöbəsi – ADA Universiteti, Dövlət və ictimai münasibətlər (2019-cu ildə bakalavr dərəcəsi üzrə məzun olub).

  • Əsgərova Şəkər  – Biznesin inkişafı departamenti, Biznesin inkişafı şöbəsi – Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadiyyat, (2018-ci ildə bakalavr dərəcəsi üzrə məzun olub).

  • Hacıyev Ayxan – Biznesin inkişafı departamenti, Layihələrin idarəedilməsi şöbəsi – Sumqayıt Dövlət Universiteti, İqtisadiyyat (2018-ci ildə bakalavr dərəcəsi üzrə məzun olub).

  • Hüseynova Fatima  – Biznesin inkişafı departamenti, Biznesin inkişafı şöbəsi – Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq İqtisadiyyat Məktəbi (bakalavr dərəcəsi üzrə təhsilini davam etdirir).

  • Məmmədov Şaban  – İnzibati işlər departamenti, Satınalma şöbəsi – Milli Aviasiya Akademiyası, Menecment (2017-ci ildə bakalavr dərəcəsi üzrə məzun olub), AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət və bələdiyyə idarəetməsi ( 2019-cu ildə magistr dərəcəsi üzrə məzun olub).

  • Məmmədova İranə  - Biznesin inkişafı departamenti, Layihələrin idarəedilməsi şöbəsi – AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Menecment (bakalavr dərəcəsi üzrə təhsilini davam etdirir).

  • Namazov Elşad  – İnformasiya texnologiyaları departamenti, Texniki dəstək şöbəsi, ADİU, İnformatika və idarəetmə (2017-ci ildə bakalavr dərəcəsi üzrə məzun olub).