Aqil Quliyev

İdarə heyətinin sədri

Aqil Elbrus oğlu Quliyev 29 oktyabr 1982-ci il tarixində anadan olub.

1989-1999-cu illərdə Bakı şəhəri Binəqədi rayonu 276 nömrəli orta məktəbdə təhsil alıb.

1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə aldığı bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub.

2003-2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxuduğu “Dövlət hüququ” ixtisaslaşması üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib.

2005-2010-cu il illərdə Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq vəzifəsində işləyib.

2010-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquq məsləhətçisi vəzifəsində işləyib.

2012-ci ilin noyabr ayından etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsi Hüquqi aktların ekspertizası sektorunun müdiri və Daxili hüquqi tənzimləmə sektorunun müdiri-şöbə müdirinin müavini vəzifələrində çalışıb.

2014-cü ilin fevral ayından Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.

2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək KTN Aparatının rəhbəri vəzifəsində çalışıb.

2020-ci ilin mart ayından etibarən “Aqrar Tədarük və Təchizat” ASC-də İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Rus və ingilis dillərini bilir.