"Bir qarış torpaq da boş qalmamalıdır!" İlham Əliyev

headset

1652

Rəhbərlik
Sərxan Sərxanov
İdarə heyətinin üzvü



- 012 599 86 74

- sarkhan.sarkhanov@att.gov.az

Sərxan Həsənağa oğlu Sərxanov Odlar Yurdu Universitetində və Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Dövlət Sosial Universitetində Maliyyə və Kredit ixtisası üzrə bakalavr təhsili almışdır . O, İspaniyada OBS Biznes Məktəbi və Barselona Universitetinin beynəlxalq ticarət və beynəlxalq biznes menecmenti ixtisası üzrə magistratura proqramının məzunudur. 

Əmək fəaliyyətinə korporativ müştərilərə xidmət sahəsində başlamış, uzun müddət korporativ satışlar sahəsində çalışmışdır. Daha sonra əmək fəaliyyətini Kapital Bankda müxtəlif vəzifələrdə davam etdirmiş, eyni zamanda menecer, şöbə rəisi vəzifələrini icra etmişdir.

2019-cu ildən Aqrar Tədarük və Təchizat ASC-nin İdarə heyətinin üzvüdür. Hankyong Milli Universitetinin peşəkar sertifikatına sahibdir.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir və sərbəst ünsiyyət qurur.