"Bir qarış torpaq da boş qalmamalıdır!" İlham Əliyev

headset

1652

Vakansiyalar
Anbardar- Gəncə Rİ

  Vəzifə öhdəlikləri:

  - Anbarlarda olan malların təhlükəsizliyini, yararlılığını, saxlanılması rejimini, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunduğunu təmin etmək;

  - Tədarük olunan ərzaq məhsullarının saxlanılması üçün istifadə olunan quru və soyuducu anbarların yararlılıq vəziyyətini müəyyənləşdirmək və daim  nəzarət altında saxlamaq;

  - Anbarlara malların qəbulunu, saxlanmasını və buraxılmasını Keyfiyyət və istehsal proseslərinə nəzarət departamentinin əməkdaşlarının iştirakı ilə həyata keçirilməsini təmin etmək;

  - Anbarlarda bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal şöbə müdirini və mühasibatlığı məlumatlandırmaq;

  - Cəmiyyətin mülkiyətini qorumaq, yüklərin ünvanına vaxtında və itkisiz çatdırılmasını təmin etmək;

  - Mal və materialların inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;

 - Anbarların infrastrukturunun (avadanlıq, cihaz, kommunikasiyalar və s.) idarə edilməsini və saz vəziyyətdə fəaliyyət göstərməsini təmin etmək;

  - Anbarların təlimatlar tablosu ilə təchiz olunmasını (yanğından mühafizə təlimatı və ləvazimatları, ilkin tibbi yardım çantası, dezinfeksiya, deratizasiya, dezinseksiya və gigiyena tədbirləri ilə bağlı təlimatlar və gəmiricilər əleyhinə qurulmuş tələlərin xəritəsinin asılması) təşkil etmək;

  - Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, yanğından mühafizə qaydalarına riayət etməklə anbarlarda   yükləmə-boşaltma işlərini həyata keçirmək;

  - Anbar daxili rejimin izlənməsi və mühafizəsini nəzarətdə saxlanılmasını təmin etmək:

  Tələblər:

-      Ali təhsil;

-      Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;

-      Microsoft Office  və 1C 8.3 proqramlarını istifadəçi səviyyəsində bilmək.

-      Stressə davamlı olmalı;

-      Operativ, məsuliyyətli və işə planlı yanaşan olmalı;

-      Komandada işləməyi  bacarmalı

Göstərilən tələblərə cavab verən namizədlər  CV-lərini mövzu sətrinə “Anbardar- Gəncə Rİ” yazaraq  hr@att.gov.az ünvanına göndərə və ya aşağıda qeyd edilmiş bölməyə yükləyərək müraciət edə bilərlər . Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

Tələblər: